“Şərq” qəzeti Mətbuat Şurasının diplomu ilə təltif edilib

“Şərq” qəzeti Mətbuat Şurasının diplomu ilə təltif edilib
# 28 oktyabr 2016 16:14 (UTC +04:00)

“Şərq” qəzeti Mətbuat Şurasının (MŞ) diplomu ilə təltif edilib.

MŞ-dan APA-ya verilən məlumata görə, diplom Şuranın İdarə Heyətinin bu gün keçirilmiş iclasında nəşrin baş redaktoru Akif Aşırlıya təqdim olunub.

MŞ-nın İdarə Heyəti fəaliyyətinin 20 ili tamam olan qəzetin müasir media ənənələrinin formalaşmasındakı xidmətlərini əsas götürüb.

MŞ “Şərq” qəzetinə təbrik məktubu da ünvanlayıb. Məktubda bildirilib ki, “Şərq” qəzeti dövlət müstəqilliyimizin kövrək olduğu zaman kəsiyində yaranıb. Qeyd olunub ki, “Şərq” yenə də öz dəst-xəttinə sadiqliyi ilə seçilir: “Şərq” baş redaktor Akif Aşırlı başda olmaqla, peşəkar jurnalistlərin yaradıcılıq məbədi, özlərinə doğma və əziz bildikləri məkandır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR