Azərbaycan yük avtomobillərinin istehsalını ikiqat artırıb

Azərbaycan yük avtomobillərinin istehsalını ikiqat artırıb
# 24 yanvar 2017 08:11 (UTC +04:00)

Ötən il ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 316,2 mln. manatlıq məhsul istehsal edilib.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə maşın və avadanlıqların istehsalı 14,9% azalıb, sair nəqliyyat vasitələrinin istehsalı 3,2%, avtomobil və qoşquların istehsalı isə 17% artıb.


Belə ki, ötən il ərzində ölkədə 270 ədəd minik avtomobili istehsal olunub. Bu, 2015-ci ilin göstəriciləri ilə müqayisədə 62,8% azdır. Bu ilin yanvarın 1-nə 124 ədəd hazır minik avtomobili ehtiyatı yaranıb.


Ötən il ərzində ölkədə 709 ədəd yük avtomobili istehsal edilib. Bu da 2015-ci il ilə müqayisədə 1,8 dəfə çoxdur.

Bundan başqa, ötən il ərzində 1 557 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Bu da 2015-ci il ilə müqayisədə 2,3 dəfə çoxdur. Nəticədə bu ilin yanvarın 1-nə 361 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində 1 034 ədəd traktor istehsal edilib ki, bu da 2015-ci ilin göstəriciləri ilə müqayisədə 8,3% azdır. Nəticədə bu ilin yanvarın 1-nə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR