Gəncədə piyadanı maşın vurub

Gəncədə piyadanı maşın vurub
# 24 iyun 2015 12:17 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 14 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Göygöl rayon sakini, 1988-ci il təvəllüdlü İlkin Həsənov yolu keçmək istəyərkən hələ ki, markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər İ. Həsənovun vəziyyətinin ağır olduğunu bildirilər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR