Azərbaycan çempionunun “Çelenc Cup”da rəqibi bəlli olub

Azərbaycan çempionunun “Çelenc Cup”da rəqibi bəlli olub
# 21 iyul 2015 14:53 (UTC +04:00)

Bakı – APA. Bu gün qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanada baş tutan mərasimdə Azərbaycan çempionu ABU da rəqibini tanıyıb.

III mərhələdən yarışa start verəcək Bakı təmsilçisi 1/8 finala gedən yolda Hollandiyanın “Şuler” klubu ilə üz-üzə gələcək. İlk qarşılaşma noyabrın 14-15 paytaxtımızda, cavab matçı isə 1 həftə sonra səfərdə olacaq.

Qeyd edək ki, yarışa ümumilikdə 25 komanda qatılacaq. İlk iki mərhələsi keçirilməyəcək “Çelenc Cup”ın III mərhələsində 18 klub qüvvəsini sınayacaq və 9 qalib mübarizəyə birbaşa 1/8 finaldan başlayacaq 7 komandaya qoşulacaq. Bu mərhələ isə 2016-cı il yanvarın 9-10 və 16-17-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR