"Qafqaz Otellər Şəbəkəsi" yerli turistlər üçün xüsusi yay kampaniyası həyata keçirir

"Qafqaz Otellər Şəbəkəsi" yerli turistlər üçün xüsusi yay kampaniyası həyata keçirir
# 10 iyul 2018 10:22 (UTC +04:00)

Azərbaycanın yeganə yerli otellər şəbəkəsi olan "Qafqaz Otellər Şəbəkəsi" yay mövsümündə əhalinin istirahətini təmin etmək üçün Qafqaz Resort Otelində xüsusi yay kampaniyası həyata keçirir.

Bu kampaniya çərçivəsində yerli turistlər "Qafqaz Resort" otelində iki nəfərlik gecələmə, səhər yeməyi, axşam yeməyi, mini bardan istifadə və lobbidə çay dəsgahını cəmi 199 manata əldə edə biləcəklər. Kampaniya iyul və avqust aylarında davam etməklə, otel qızmar yayın istisində Qəbələ şəhərində sərin dağ havası və zümrüd yaşılı meşələrin qoynunda istirahət üçün bütün qonaqlara xidmət göstərəcək.

İstirahətini daha əyləncəli etmək istəyəınlər üçün "Qafqaz Resort" əvəzedilməz məkandır. Otel heç bir ödəniş olmadan hər otaq rezervasiyası üçün 2 boulinq oyunu, kino zalına giriş, 2 nəfərlik köpük masajı, xanımlar üçün fen xidməti təqdim edir. Kampaniyanın üstünlükləri bununla da bitməyərək, rezervasiya etdiyiniz halda "Resort disko klub"da pulsuz karaoke və Tufandağ kanat xəttinə 50%-lik endirim tətbiq olunacaq.

Əlavə məlumat üçün:

+994242054200

+994502900782

[email protected]

www.qafqazhotels.com

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR