Qızıl 6 dollara yaxın ucuzlaşıb

Qızıl 6 dollara yaxın ucuzlaşıb
# 29 may 2018 07:04 (UTC +04:00)

Amerika fonda bazarlarında səhmlərin qiymətində dəyişiklik olmayıb. Buna səbəb ABŞ-da hərbi qulluq zamanı vəfat edənlərin xatirəsi ilə bağlı mayın 28-nin qeyri-iş günü olması ilə əlaqədar Amerika fond bazarının fəaliyyət göstərməməsidir.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,18% - 7 730,28 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,58% - 12 863,46 bəndədək ucuzlaşıb, Fransa CAC-40-ı 0,61% - 5 508,93 bəndədək, ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,80 dollar azalaraq 1 303,20 dollara, gümüşün unsiyasının qiyməti 0,07 dollar azalaraq 16,48 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR