Sumqayıtda xadimə işlədiyi evi qarət edib

Sumqayıtda xadimə işlədiyi evi qarət edib
# 31 iyul 2018 10:12 (UTC +04:00)

Sumqayıtda xadimə işlədiyi evi qarət edib.

Daxili İşlər Nazirliyinin mətbua xidmətindən APA-ya verilən məlumata görə, iyulun 30-da Sumqayıt şəhər sakini Rəsul Fazil oğlu 4-cü Polis Bolməsinə ərizə ilə müraciət edərək 2017-ci ilin yanvarından aprelinədək 30-cu məhəllədəki evindən 7500 manatının və 2000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun onun evində xadimə işləyən T.Novruzova tərəfindən törədilməsi müəyyənləşib. T. Novruzova izahatında hadisəni törətməsini və qızıl əşyaları həmyerlisi S.Ələkbərova ilə birgə satmasını etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR