Gəncədə “İlhamla irəli” aksiyası keçirilir

Gəncədə “İlhamla irəli” aksiyası keçirilir
# 02 aprel 2018 08:52 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını davam etdirir.

YAP-dan APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində YAP Gəncə şəhər təşkilatının gəncləri “İlhamla irəli” təşviqat aksiyası keçirirlər.

Gənclər İlham Əliyevin seçki kampaniyası üçün YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış seçki proqramı və bukletləri seçicilərə paylayıblar. Eyni zamanda, gənclər İlham Əliyevin rəhbərliyilə son 15 il ərzində Azərbaycanda əldə olunan uğurlar və perspektivə hesablanmış hədəflər haqqında ətraflı izahat işləri aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR