Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-dək artıb

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-dək artıb
# 14 iyul 2018 11:10 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,5% artaraq 17,1 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 291,7 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,9 manat çox əmtəə alıb.

Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 1,9% üstələyərək 8499,0 mln. manata çatıb. Ticarət dövriyyəsi 8646,9 mln. manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,1% çox olub.

Bu ilin birinci yarısında bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 144,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Bu ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 4,4%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR