Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
# 22 noyabr 2017 14:44 (UTC +04:00)

Bakı Dövlət Universitetində akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov akademik Vasim Məmmədəliyevin bütün həyatının, fəaliyyətinin xalqın mənəviyyatının zənginləşməsinə xidmət etdiyini deyib. Rektor bildirib ki, böyük alim nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox kənarda da millətimizə həmişə başucalığı gətirir: “Vasim Məmmədəliyev İslam dininin, İslam dəyərlərinin təbliğində, geniş yayılmasında böyük xidmətlər göstərib, “Qurani-Kərimi”i doğma dilimizə tərcümə edib. Böyük alim dərs dediyi tələbələrə həmişə atalıq qayğısı göstərib, onların problemlərini həll etməyi ən mühüm vəzifə hesab edib”.

Tədbirdə Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizovun “Mənalı alim ömrü” adlı məruzəsi dinlənilib.

Elmi-praktik konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək yubilyarı təbrik ediblər. Həmçinin Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayevanın akademik Vasim Məmmədəliyevə ünvanladığı təbrik məktubu oxunub.

Tədbirdə xalq artisti Mənsum İbrahimov müxtəlif musiqi nömrələri ifa edib.

Sonda çıxış edən akademik Vasim Məmmədəliyev tədbirin təşkilinə görə BDU rəhbərliyinə, eyni zamanda, bütün toplantı iştirakçılarına təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR