"Xətai" metro stansiyasında ekskalatorların quraşdırılması başa çatır

"Xətai" metro stansiyasında ekskalatorların quraşdırılması başa çatır
# 02 mart 2019 16:18 (UTC +04:00)

Yaxın günlərdə "Xətai" metro stansiyasında ekskalatorların quraşdırılması başa çatdıqdan sonra sazlama işlərinə start veriləcək.

Bunu ONA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli deyib. Onun sözlərinə görə, işlər mərhələli ardıcıllıqla gedir və tikintinin tələblərinə uyğun olaraq ekskalatorun son hissəsində tökülən beton qatının tam quruması gərəkdir ki, işlər tamamlansın: “Bundan başqa, metropolitendə əlil arabalarının hərəkət ilə bağlı əhəmiyyətli işlər görülür. Bu yaxında bununla bağlı video təlimat paylaşılacaq. Təlimatda əlil arabalarından istifadə qaydaları öz əksini tapır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR