"Bank Silk Way" məcmu kapitalını azaldıb

"Bank Silk Way" məcmu kapitalını azaldıb
# 19 oktyabr 2016 14:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin III rübündə “Bank Silk Way” ASC-nin aktivlərinin həcmi 393,508 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 26,13% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 30,47% artaraq 342,128 mln. manat olub.

Bankın depozit portfeli 2016-cı ilin 9 ayı ərzində 76,38% artaraq 170,103 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 3,07% azalaraq 112 mln. 765,13 min manata enib. Hesabat dövründə bankın nizamnamə kapitalı dəyişməyərək 101 mln. 544,89 min manat təşkil edib.

Bu ilin oktyabrın 1-nə bankın gəlirləri 31, 739 mln. manat, xərcləri 17,972 mln. manat təşkil edib.

Bu ilin 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 5 mln. 669 min 274 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR