Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
# 06 fevral 2017 09:10 (UTC +04:00)

Fevralın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər NAzirliyindən APA-ya verilən xəbərə görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 8-13° isti, Bakıda gecə 1-3° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 50-60 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14°isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR