Naqif Həmzəyev: "Beynəlxalq tədbirlər üçün ölkə seçərkən, ilk növbədə, sabitliyin təmin olunduğu ölkələrə etimad göstərirlər"

Naqif Həmzəyev: "Beynəlxalq tədbirlər üçün ölkə seçərkən, ilk növbədə, sabitliyin təmin olunduğu ölkələrə etimad göstərirlər"
# 30 aprel 2018 20:21 (UTC +04:00)

"Ölkəmiz dünyada beynəlxalq idman yarışlarının keçirildiyi məkan kimi tanınır. Silsilə xarakter daşıyan Avropa, dünya çempionatlarının, beynəlxalq əhəmiyyətli yarışların, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin daha bir təsdiqidir".

Bunu APA-ya açıqlamasında Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü, deputat Naqif Həmzəyev bildirib.

O qeyd edib ki, aprelin 27-də Azərbaycan dünya mediasının diqqət mərkəzində olan növbəti beynəlxalq əhəmiyyətli yarışa Formula-1 Qran-Prisinə üçüncü dəfə ev sahibliyi edib: "Dünyada 100 milyonlarla həvəskar tərəfindən izlənilən beynəlxalq yarışın yenidən Bakıda keçirilməsi ölkəmizin son 15 ildə qazandığı uğurlardan, gündən-günə dünya miqyasında artan beynəlxalq nüfuzumuzdan xəbər verir. 2018 Formula-1 Qran Prisinin Azərbaycanda keçirilməsi ölkəmizi dünyaya tanıtmaq üçün əlverişli fürsət oldu. Bu günlər ərzində dünyanın aparıcı idman kanallarının, informasiya portallarının diqqəti Bakıya yönəldi. Dünya mediyası 2018 Formula-1 Azərbaycan Qran Prisi haqqında ətraflı reportajlar və məqalələr yayımladı. Yarışlarla yanaşı ölkəmizin mədəniyyəti dünyaya bir daha təqdim olundu, beynəlxalq ictimaiyyətə Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yarandı. Adətən beynəlxalq tədbirlərin keçirilməsi üçün ölkəni seçərkən, ilk növbədə, sabitliyin, təhlükəsizliyin təmin olunduğu, inkişaf gedən ölkələrə etimad göstərirlər. Möhtəbər beynəlxalq yarışlarda məhz Azərbaycanın seçilməsi bir daha göstərdi ki, ölkəmiz sürətlə inkişaf edir və dünya Azərbaycana etimad göstərir. Bu etimadın təməlində isə ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycanı dünyaya güclü, müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanıtmışı dayanır. Cənab prezidentin yürütdüyü düşünülmüş siyasət nəticəsində iqtisadi, siyasi, hüquqi, mədəni, idman və digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamızın dünya miqyasında nüfuzu gündən-günə artır".

N. Həmzəyev bildirib ki, Formula-1 Qran-Prisinə baxmaq üçün ölkəmizə xaricdən çoxlu sayda qonaqlar gəlib: "Onlar Azərbaycanın inkişafının, nəyə qadir olduğunun, sözün əsl mənasında, sabitlik, əmin-amanlıq məkanı olduğunun bir daha şahidi oldular".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR