Bu ilin 6 ayında avtomobil sahibləri icbari sığorta üzrə 46 mln. manat sığorta haqqı ödəyib

Bu ilin 6 ayında avtomobil sahibləri icbari sığorta üzrə 46 mln. manat sığorta haqqı ödəyib
# 03 avqust 2015 12:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin iyul ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 115 658 müqavilə qeydiyyata alınıb.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bunların 15 921-u xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 9,5 mln. manat olub. Ötən ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 16%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilib.

2015-ci ilin yanvar-iyul ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 591 minə yaxın sığorta müqaviləsi bağlanıb və bu müqavilələr üzrə sığorta haqları 45,8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 15%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR