Masallı sakini su quyusuna düşərək ölüb

Masallı sakini su quyusuna düşərək ölüb
# 28 iyul 2017 08:01 (UTC +04:00)

Masallı rayon sakini su quyusuna düşərək ölüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Yeyənkənd kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 22 metr olan su quyusundan 1974-cü il təvəllüdlü Əsədov Bulud Qurban oğlunun cəsədini çıxaraq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR