Dövlət sığorta şirkətinin aktivləri 14% azalıb

Dövlət sığorta şirkətinin aktivləri 14% azalıb
# 28 mart 2017 07:35 (UTC +04:00)

"Azərsığorta" dövlət sığorta şirkəti ötən il aktivlərini azaldıb.

APA-Economics” şirkətin saytından yer alan hesabata əsasən xəbər verir ki, 2016-cı ildə “Azərsığorta”nın məcmu aktivləri 2015-ci il ilə müqayisədə 14,1% azalaraq 31 mln. 158,115 min manat olub.

Hesabat dövründə dövlət şirkətinin öhdəlikləri 32,5% azalaraq 16 mln. 803 min 152,2 manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı 7,1% artaraq 7,5 mln. manat, məcmu kapitalı isə 18,2% artaraq 10 mln. 935 min 211,63 manat təşkil edib.

2014-cü ildə “Azərsığorta”nın bölüşdürülməmiş və xalis mənfəəti 61,9% artaraq 3 mln. 435 min 211,63 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR