Bu gün Pirallahının su təchizatında məhdudiyyətlər olacaq

Bu gün Pirallahının su təchizatında məhdudiyyətlər olacaq
# 30 yanvar 2018 06:33 (UTC +04:00)

Bu gün Pirallahı qəsəbəsinin içməli su ilə təchizatında məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, Bakı şəhəri Pirallahı qəsəbəsini içməli su ilə təchiz etmək məqsədilə yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar yanvarın 30-da gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR