Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 15 iyul 2017 10:10 (UTC +04:00)

Bakıda 9 mərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonunda baş verib.

Nəticədə binanın pilləkən qəfəsinin ikinci mərtəbəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR