Tovuz sakini dəm qazından zəhərlənib

Tovuz sakini dəm qazından zəhərlənib
# 31 yanvar 2018 07:55 (UTC +04:00)

Tovuzda dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kənd sakini 1949-cu il təvəllüdlü Məmmədov Ələddin İdris oğlu yaşadığı evdə dəm qazından zəhərlənib. O, dərhal Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR