Rayonlarda şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Rayonlarda şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək - <span style="color: red;">XƏBƏRDARLIQ
# 28 may 2018 11:46 (UTC +04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bəzi rayonlarda sabaha gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mayın 29-dan 30-u gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntı ayrı-ayrı yerlərdə leysan xarakterli olacaq. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR