Azərbaycandan Gürcüstana neft məhsullarının ixracı 11% azalıb

Azərbaycandan Gürcüstana neft məhsullarının ixracı 11% azalıb
# 21 may 2018 09:38 (UTC +04:00)

Bu ilin ilk 4 ayı ərzində Azərbaycandan Gürcüstana ümumi dəyəri 30 mln. 925,5 min dollar olan neft və neft məhsulları ixrac edilib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadla xəbər verir ki, ixrac olunmuş neft və neft məhsullarının həcmi 52 min 936,6 ton təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə adıçəkilən məhsulun ixracı həcm baxımından 6 min 396,4 ton və ya 10,7% azdır. Məbləğ baxımından isə bu rəqəm 2,260 min dollar və ya 7,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR