“Günay Bank” rübü mənfəətlə başa vurub

“Günay Bank” rübü mənfəətlə başa vurub
# 16 oktyabr 2017 11:59 (UTC +04:00)

“Günay Bank”ın aktivlərinin həcmi 2017-ci ilin III rübündə 177,067 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,81 dəfə çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 48,43% artaraq 131,388 mln. manat olub. İstehlak kreditlərinin həcmi 5,597 min manat təşkil edib ki, bu da 2016-cı ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 71,75 dəfə çoxdur.

Bankın depozit portfeli hesabat dövrü ərzində 2,59 dəfə artaraq 58,859 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 25,003 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20,01% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 13,49% artaraq 58,216 mln. manat təşkil etdiyi halda, nizamnamə kapitalı dəyişməyərək 64 mln. 910,09 min manat olub.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2,1 dəfə artaraq 10,735 mln. manat, xərcləri isə təxminən 2,37 dəfə artaraq 5,618 mln. manat olub.

Cari ilin 9 ayını “Günay Bank” 2 mln. 79 min mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR