Yaponiyalı futbolçunun “Liverpul”a keçidi rəsmiləşib

Yaponiyalı futbolçunun “Liverpul”a keçidi rəsmiləşib
# 19 dekabr 2019 12:30 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubu yeni transferini rəsmən elan edib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Avstriya “Zalsburq”unun hücumçusu Takumi Minaminonu transfer edib.

24 yaşlı yaponiyalı qış “transfer pəncərəsi”nin ilk günündən - yanvarın 1-dən “mersisaydlılar”ın formasını geyinə biləcək. Yeni komandasında 18 nömrəli formanı geyinəcək asiyalı ilə müqavilənin detalları rəsmən açıqlanmır. Lakin transferin 8 milyon avroya başa gəldiyi iddia olunur.

Qeyd edək ki, Minamino 2015-ci ilin yanvarında “Sereso Osaki”dən “Zalsburq”a cəmi 800 min avroya keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR