Sumqayıt şəhər Səhiyyə İdarəsi ana ölümü ilə bağlı məsələyə aydınlıq gətirib

Sumqayıt şəhər Səhiyyə İdarəsi ana ölümü ilə bağlı məsələyə aydınlıq gətirib
# 14 iyul 2017 09:04 (UTC +04:00)

Sumqayıt şəhər Səhiyyə İdarəsi ana ölümü ilə bağlı məsələyə aydınlıq gətirib

İdarənin rəhbəri Nəriman Baxşəliyev APA-ya açıqlamasında deyib ki, Əliyeva Gülsüm Rasim qızı iyul ayının 11-də 2 saylı Doğum Evinə gətirilib: “Üçüncü hamiləlikdən üçüncü doğuş olub. Üç kiloqram iki yüz qram çəkisində qız uşağı doğulub. Xəstədə qanaxma başlayıb. Qanaxamanı dayndırmaq mümkün olmadığı üçün xəstə əməliyyata götürülüb, itirilmiş qan bərpa olunub, damarları tikilib. Lakin bütün tədbirlərə baxmayaraq qanın laxtalanmasının qarşısını almaq mümkün olmayıb. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq”.

***

10:12

Sumqayıtda doğuş zamanı ana ölümü baş verib.

Sumqayıt şəhər 2 saylı Doğum Evindən APA-ya verilən məlumata görə, Gülsüm Ramil qızı Gülməmmədovanın doğuşdan sonra qəflətən vəziyyəti pisləşib, görülən tədbirlərə baxmayaraq qadın ölüb.

Səhiyyə Nazirliyindən faktla bağlı araşdırma aparılandan sonra məlumat açıqlanacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR