Nigeriyada məsciddə törədilən partlayış nəticəsində 11 nəfər ölüb

Nigeriyada məsciddə törədilən partlayış nəticəsində 11 nəfər ölüb
# 03 yanvar 2018 17:41 (UTC +04:00)

Nigeriyanın şimal-şərqində məsciddə törədilən partlayış nəticəsində 11 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Borno ştatının Qamboru şəhərində qeydə alınıb.

Məlumata əsasən, məscidə daxil olan terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində məscidin tam dağıldığı bildirilir.

Hələ ki, hadisəyə görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib. Terrorun “Boko Haram” terrorçu qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.

Qeyd edək ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. Ötən il "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR