BMT Təhlükəsizlik Şurası Suriya üzrə qətnamə layihəsinə dair danışıqlara başlayıb

BMT Təhlükəsizlik Şurası Suriya üzrə qətnamə layihəsinə dair danışıqlara başlayıb
# 05 aprel 2017 21:58 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyanın İdlib əyalətində kimyəvi silahdan istifadə edilməsinə dair insidentlə bağlı danışıqlara başlayıblar.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattr bildirib.

Onun sözlərinə görə, danışıqlar konstruktiv keçir. “Fransa tezliklə qətnamənin qəbul edilməsinin tərəfdarıdır. Lakin sənədin bu gün qəbul edilməsi ehtimal edilmir”, deyə F.Delattr qeyd edib.

Qeyd edək ki, ötən gün Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadə edilməsi barədə məlumatlar yayılıb. Nəticədə 58 nəfər, o cümlədən 11 uşağın öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR