Ukrayna Xerson vilayətində daha bir azərbaycanlı iş adamı, diaspor fəalı itkin düşüb

Ukrayna Xerson vilayətində daha bir azərbaycanlı iş adamı, diaspor fəalı itkin düşüb
# 20 avqust 2015 08:46 (UTC +04:00)

Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əlimardan Kərimov isə APA-ya bu, bir müddət öncə ölkənin şərqində gedən müharibə səbəbindən Luqanskdan Xersona köçmüş, biznesini və diaspor fəaliyyətini burada başlamaq istəyən 1986 il təvəllüdlü, əslən Azərbaycanın Masallı rayonundan olan Ələkbərov Təbriz Cəsur oğludur.

Onunla son əlaqə ötən ayın 13-ü Xerson vilayətinin Skadovsk rayonunda olub və telefonda həyat yoldaşına izlənildiyini, hansısa problemləri olduğunu bildirib. Ondan sonra ondan heç bir xəbər çıxmayıb. Yaxınlarının müraciəti əsasında Xerson vilayəti polis idarəsi onun axtarışına başlayıb.

Qeyd edək ki, bundan başqa son bir ayda Xersonda daha iki azərbaycanlı iş adamı qətlə yetirilib ki, onlardan biri də diaspor fəalı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR