Səfir: "Azərbaycanla Qazaxıstan arasında dəmir yolu ilə yükdaşımaların həcmi 146% artıb"

Səfir: "Azərbaycanla Qazaxıstan arasında dəmir yolu ilə yükdaşımaların həcmi 146% artıb"
# 26 oktyabr 2017 10:37 (UTC +04:00)

"Bu ilin 9 ayı ərzində Azərbaycan və Qazaxıstan arasında dəmir yolu vasitəsilə yükdaşımaların həcmi 1,5 milyon tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 146% çoxdur".


APA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsayev bugünkü mətbuat konfransında deyib.

Səfir bildirib ki, proqnozlara görə, 2020-ci ildə Şərq-Qərb istiqaməti üzrə daşınmaların 5 dəfə artacağı gözlənilir.


"Yaxın gələcəkdə Qazaxıstan və Azərbaycan Avropa-Asiya arasında yüklərin daşınmasında tranzit habına çevriləcək" - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR