Vergilər Nazirliyinin departament rəhbəri dəyişib - YENİLƏNİB

Vergilər Nazirliyinin departament rəhbəri dəyişib - <span style="color: red;">YENİLƏNİB
# 13 mart 2017 08:11 (UTC +04:00)

Vergilər Nazirliyində yeni departament yaradılıb - YENİLƏNİB

Vergilər nazirinin əmri ilə nazirliyin strukturunda Əlaqələndirmə və idarəetmə Departamenti yaradılıb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, yeni departament vergi orqanları və yerli strukturlar arasında koordinasiyanı təmin edəcək. Departamentin tərkibində Əlaqələndirmə, İdarəetmə, Monitorinq və Qiymətləndirmə şöbələri fəaliyyət göstərəcək ki, onlar Vergilər Nazirliyinin struktur vahid və bölmələrinin fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsinin təmin edilməsi, vergi əməletməsi üzrə fəaliyyətin kompleks təhlili istiqamətində və s. funksiyaları icra edəcək.

Yeni yaradılmış departamentin baş direktoru vəzifəsinə vergilər nazirinin müşaviri İlqar Əhmədov təyin edilib.

*** SAAT 08:58

Vergilər Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi olub. "APA-Economics" xəbər verir ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru vəzifəsinə Xəqani İsgəndərov təyin olunub.

Bunadək adıçəkilən vəzifəni İlqar Əhmədovu tutub.

Qeyd edək ki, İ.Əhmədov Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru olmaqla yanaşı vergilər nazirinin müşaviri də olub. Hazırda o müşavir kimi fəaliyyətini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR