Şirvanda “Narkomaniya, əsrin bəlasına yox deyək” mövzusunda elmi-praktiki konfrans keçirilib

Şirvanda “Narkomaniya, əsrin bəlasına yox deyək” mövzusunda elmi-praktiki konfrans keçirilib
# 15 noyabr 2016 11:56 (UTC +04:00)

Şirvanda “Narkomaniya, əsrin bəlasına yox deyək” mövzusunda elmi-praktiki konfrans keçirilib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Polis şöbəsinin təşkilatçılığı ilə keçirilən maarifləndirici əhəmiyyəti olan elmi-praktiki konfransda şəhər ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivi iştirak edib.

Narkoloq Asif Kəngərlinin narkomaniyanın dəhşətlərini əks etdirən qısametrajlı “Bəla” pyesi nümayiş etdirilib. Sonra Şəhər polis şöbəsinin rəisi Hikmət Quliyev, şəhər prokuroru Həsən Hənifəyev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov çıxış ediblər. Şirvan şəhər narkoloji dispanserin və regional QİÇS mərkəzinin həkimləri isə narkomaniyanın statistikasından və törətdiyi bəlalardan danışıblar.

Qeyd edək ki, hazırda Şirvan şəhər narkoloji dispanserdə 791 narkoman qeydiyyatdadır. Son 10 ay ərzində Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi, satışı və narkotik vasitədən istifadə hallarına görə 61 fakt üzrə cinayət işi başlanılıb və onlardan bir qismi icraata yönəldilib. Dövriyyədən ümumilikdə 5 kiloqrama qədər narkotik vasitə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR