Kirsan İlyumjinov Harri Kasparovun FİDE prezidenti olmaq üçün rüşvət verməsi məsələsinə münasibət bildirib

Kirsan İlyumjinov Harri Kasparovun FİDE prezidenti olmaq üçün rüşvət verməsi məsələsinə münasibət bildirib
# 09 sentyabr 2015 16:52 (UTC +04:00)

Apasportun məlumatına görə, K. İlyumjinov Bakıda keçiriləcək Şahmat üzrə Dünya Kuboku münasibətilə bu gün təşkil olunan mətbuat konfransında bu barədə xəbərin “New-York Times” qəzetində yazıldığını bildlrib: “Qəzet yazmışdı ki, Harri Kasparovun rəhbərlik etdiyi fond Sinqapur da daxil olmaqla, Asiyanın 6 ölkəsinin şahmat federasiyasının rəhbərlərinə rüşvət verib. Bunun müqabilində həmin şəxslər FİDE-yə prezident seçkilərində Kasparova səs verməli idi. Biz adı çəkilən qəzetin aparıcı nəşrlərdən biri olduğunu nəzərə alaraq, həmin materialı FİDE-nin Etika Komissiyasına təqdim etdik. Bildiyiniz kimi, bu komissiya müstəqil qurumdu. Etika Komissiyası araşdırma aparıb. Həmin şəxslər federasiya rəhbərliyindən uzaqlaşdırıla bilər. Kasparova gəldikdə, bu şəxs külli miqdarda cərimə oluna və ya 1 ildən 2 ilə qədər şahmat turnirlərinə buraxılmaya bilər”.

Qeyd edək ki, H. Kasparov FİDE prezidenti olmaq üçün rüşvət verməkdə ittiham olunur.

Dünya Şahmat Olimpiadasının 8 qat qalibi, 11 şahmat “Oskar”ının sahibi H. Kasparov 2005-ci ildə şahmat karyerasının başa vurub və siyasi fəaliyyətə başlayıb. O, Rusiyada bir sıra müxalifət hərəkatlarında iştirak edib.

H. Kasparov Bakıda doğulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR