Apreldə Azərbaycanda pul kütləsi azalıb

Apreldə Azərbaycanda pul kütləsi azalıb
# 05 iyun 2018 14:39 (UTC +04:00)

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2018-ci ilin mayın 1-nə 22,120 mlrd. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 mlrd. 217,1 mln. manat və ya 11,14% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda 2018-ci ilin mart ayı ilə müqayisədə apreldə geniş mənada pul kütləsi 339,5 mln. manat və ya 1,51% azalıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 815 mln. manat və ya 7,02% artaraq 2018-ci il mayın 1-nə 12 425,1 mln. təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR