Gürcüstanın xarici ticarət dövriyyəsi 13 faiz artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 13 faiz artıb
# 14 avqust 2017 09:30 (UTC +04:00)

2017-ci ilin yanvar-iyul aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 5674,7 milyon dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, bu, ötən ilin analoji göstəricisindən 13 faiz çoxdur.

Qeyd olunan dövrdə qonşu ölkənin ixracı 28,9 faiz artaraq 1446,2 milyon dollar, idxal isə 8,5 faiz artaraq 4228,6 milyon dollar təşkil edib.

Ticarət kəsiri isə 49 faiz (2782,4 milyon dollar) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR