“Telegram”ın fəaliyyətində problemlərin səbəbi məlum olub

“Telegram”ın fəaliyyətində problemlərin səbəbi məlum olub
# 29 mart 2018 12:59 (UTC +04:00)

“Telegram” messencerinin yaradıcısı Pavel Durov messencerin fəaliyyətində yaranmış problemə aydınlıq gətirib.

APA-Economics”in məlumata görə, Pavel Durov “Twitter” səhifəsində yazaraq bildirib ki, buna səbəb Avropadakı serverlərin klasterində elektrik enerjisi qidalanmasının sönməsi olub.

“@telegram serverlərinin klasterlərində qidalandırmanın söndürülməsi Avropada problemlərə səbəb olub. Hazırda bu premin aradan qaldırılması üçün çalışırıq. Ancaq hər şey məlumatların emalı mərkəzinin provayderi enerji avadanlığını qaydasına salınmasından asılıdır”, - deyə Durov yazıb.

Xatırladaq ki, bundan əvvəl istifadəçilər messencerin fəaliyyətində problemlərin yaranmasından şikayətlənirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR