Nazir Kəmaləddin Heydərov Qax şəhərində vətəndaşları qəbul edəcək

Nazir Kəmaləddin Heydərov Qax şəhərində vətəndaşları qəbul edəcək
# 29 iyul 2015 07:27 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda yalnız Qax, Şəki, Oğuz, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.


Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, N.Nərimanov küçəsi, 4) 30 iyul 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlavə məlumat üçün +994 (12) 512-01-14 saylı telefon və ya [email protected] elektron ünvana müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR