Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 121-ə çatıb

Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 121-ə çatıb
# 01 avqust 2017 02:21 (UTC +04:00)

Venesuelada davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 121 nəfərə çatıb, 2 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin Baş prokuroru Luisa Orteqa Dias bəyan edib.

“Son dörd ərzində ölkədə iğtişaşlar zamanı 121 nəfər ölüb, 1958 nəfər yaralanıb. Tək Konstitusiya Assambleyasına seçkilər ərəfəsində 10 nəfər həyatını itirib”, deyə Baş prokuror qeyd edib.

Luisa Orteqa Dias həmçinin Konstitusiya Assambleyasına seçkiləri tanımadığını bəyan edib: “Ötən gün keçirilən seçkilər qeyri-qanunidir. Ölkə diktator ambisiyaları ilə üz-üzə qalıb”.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR