Azərbaycanda neft hasilatı 5,5%, qaz hasilatı 3%-ə yaxın azalıb

Azərbaycanda neft hasilatı 5,5%, qaz hasilatı 3%-ə yaxın azalıb
# 17 yanvar 2018 12:57 (UTC +04:00)

2017-ci il ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 27,7 mlrd. manat olmaqla 2016-cı ilə nisbətən 3,9% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 38,7 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 18,2 mlrd. kubmetr təşkil edib.

Ötən il ərzində ölkədə 38 777,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2016-cı ilin göstəricilərinə nisbətən 5,5% azdır. Bu ilin yanvarın 1-nə 256,9 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 38 700,2 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 5,6% azdır.

2017-ci il ərzində ölkədə 28 563,5 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2016-cı ilin göstəriciləri ilə müqayisədə 2,6 azdır. Bunun 18 157,9 min kubmetri əmtəəlik təbii qazıdır ki, bu da daha əvvəlki illə müqayisədə 3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR