SOCAR: Supsa limanından xam neftin ixracı ikiqat artıb

SOCAR: Supsa limanından xam neftin ixracı ikiqat artıb
# 03 aprel 2017 14:58 (UTC +04:00)

Bu ilin mart ayında SOCAR Supsa limanından 178 min 703 ton xam neft ixrac edib.


"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu, ötən ilin mart ayı ilə müqayisədə 1,34 % çoxdur. Bu ilin fevral ayı ilə müqayisədə isə bu rəqəm 1,95 dəfə azdır.

Ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində Supsa limanından 704 min 85 ton xam neft ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 17,42% çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR