Türkiyənin Moldovadakı səfiri 15 iyul hadisələri ilə əlaqədar brifinq keçirib

Türkiyənin Moldovadakı səfiri 15 iyul hadisələri ilə əlaqədar brifinq keçirib
# 15 iyul 2017 15:38 (UTC +04:00)

Moldovanın Türkiyədəki səfiri Hulusi Kılıç ötən il ölkəsində hərbi çevrilişi cəhdinin ildönümünə həsr olunmuş mətbuat konfransı keçirib.

APA-nın Moldovadakı müxbirinin verdiyi məlumata görə, tədbirdə 15 iyul hadisələrini əks etdirən film nümayiş olunub.

Həmin vaxt Ankarada olduğunu deyən səfir bu hadisələrin canlı şahidi olduğunu bildirib: "FETÖ terror təşkilatının üzvləri dinc əhaliyə qarşı tankları, hərbi təyyarələri qaldırdılar. Dövlət binalarına bombalar yağdırıldı, Bosfor boğazı və İstanbul aeroportu xainlər tərəfindən mühasirəyə alındı. Lakin türk xalqı dövlətçiliyə, prezidentinə və demokratiyaya sahib çıxdı və qələbə qazandı".

Diplomat xatırladıb ki, 15 iyul hadisələri zamanı 250 insan həlak olub, 2000-dən çox adam yaralanıb. "Terrorun adı, milliyyəti yoxdur. Türkiyə dövləti bu gün Suriya, İraqdan 3 milyon qaçqın və məcburi köçkün qəbul edib, onlara hərtərəfli yardım göstərir. Terror və terrorçulara qarşı bütün millətlər və ölkələr həmrəylik nümayiş etdirməlidir", - deyə səfir söyləyib.

Sonda H. Kılıç çətin gündə Türkiyəyə dəstək olan ölkələrə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR