Tbilisi meri azərbaycanlıların yaşadığı qəsəbə ilə bağlı qərar verib

Tbilisi meri azərbaycanlıların yaşadığı qəsəbə ilə bağlı qərar verib
# 29 noyabr 2017 08:57 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində 33 ailənin torpaq sahəsi qanuniləşdiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında deyib ki, həmin ailələrin yaşadığı sahələr bu günə qədər qanuniləşdirilməyib. O bildirib ki, qanuniləşdirmə simvolik olaraq 1 lariyə həyata keçiriləcək: “Həmin ailələri təbrik edirəm. Bu problemdən əziyyət çəkən hər kəs bizdən maksimum dəstək alacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR