Gürcüstan polisinə elektrik və hibrid avtomobillər verilib

Gürcüstan polisinə elektrik və hibrid avtomobillər verilib
# 02 fevral 2018 09:31 (UTC +04:00)

Yaponiya hökuməti qrant müqaviləsi əsasında Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) “Mitsubishi” markalı 45 hibrid və 51 elektrik avtomobil təqdim edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hibrid avtomobillər Tbilisi patrul polisinə, elektromobillər isə DİN-nin müxtəlif departamentlərinə paylanacaq.


Avtomobillərin təqdim olunması mərasimində çıxış edən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkənin uğurunun polisin fəaliyyətinin uğurundan çox asılı olduğunu deyib: “Polis sistemində bir sıra yenilik və planların həyata keçirilməsi nəzərdə tutulub. Əminəm ki, onlar uğurla həyata keçiriləcək”.


Daxili işlər naziri Giorgi Qaxariya isə deyib ki, Gürcüstan polisinin fəaliyyətini daha effektiv etmək üçün islahatlara başlanıb: “Yaponiya hökuməti tərəfindən təqdim olunmuş avtomobillər polis xidmətinin keyfiyyətini artıracaq”.


Tədbirdə Gürcüstan parlamentinin üzvləri, Tbilisi meri, Yaponiyanın Gürcüstandakı səfiri və digər rəsmi şəxslər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR