Xorvatiyada prezident seçkilərinə müxalifətin namizədi liderlik edir

Xorvatiyada prezident seçkilərinə müxalifətin namizədi liderlik edir
# 23 dekabr 2019 06:10 (UTC +04:00)

Xorvatiyanın müxalif Sosial Demokrat Partiyasının namizədi Zoran Milanoviç bazar günü keçirilən prezident seçkilərindən sonra liderdir, bununla belə, səslərin 50%-dən çoxunu əldə edə bilməyib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın Dövlət Seçki Komissiyasından məlumat verilib.

Seçki bülletenlərinin 96%-nin sayılmasının nəticələrinə görə, Milanoviç 29,6% səs toplayıb. Onun arxasınca 26,77% səs toplayan ölkənin hazırkı prezidenti Kolinda Qrabar-Kitaroviç gəlir. Üçüncü yeri müğənni və musiqiçi Miroslav Şkoro tutur, seçicilərin 24,37%-i ona səs verib.

Namizədlərdən heç biri 50%-dən çox səs toplamayıb, bu da seçkilərin ikinci turuna ehtiyac olduğunu göstərir.

5 yanvar 2020-ci ildə keçiriləcək ikinci turda, ilk seçki mərhələsinin nəticələrinə görə, ən çox səs toplayan iki iddiaçı iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR