Ukraynanın 80-dən çox yaşayış qəsəbəsi elektrik enerjisindən məhrum olub

Ukraynanın 80-dən çox yaşayış qəsəbəsi elektrik enerjisindən məhrum olub
# 10 dekabr 2017 10:06 (UTC +04:00)

Ukraynanın iki vilayətinin 80-dən çox yaşayış qəsəbəsi mürəkkəb hava şəraiti ilə əlaqədar elektrik enerjisindən məhrum olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, dekabrın 9-da və dekabrın 10-da gecə hava şəraitinin pisləşməsi, yağış, sulu qar səbəbindən Lvov vilayətinin 43, Zakarpatsk vilayətinin 42 yaşayış qəsəbəsinə elektrik enerjisinin verilməsində problem yaranıb.

Bu yaşayış qəsəbələrinin elektrik enerjisi təchizatının bərpası istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR