“Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 35 mindən çox istehlakçıya xidmət göstərib

“Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 35 mindən çox istehlakçıya xidmət göstərib
# 13 avqust 2015 10:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı ASAN xidmət mərkəzlərinə “smart” tipli qaz sayğacları ilə təchiz olunan istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında abonentlərə xidmətlərin göstərilməsi ilə əlaqədar 35 558 müraciət daxil olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, müraciətlərin hamısı tam icra edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR