MSK: Azərbaycanda 1 milyon nəfərdən çox yeni nəsil şəxsiyyət vəsiqəsi olan seçici var

MSK: Azərbaycanda 1 milyon nəfərdən çox yeni nəsil şəxsiyyət vəsiqəsi olan seçici var
# 22 dekabr 2019 12:52 (UTC +04:00)

Azərbaycanda artıq əhalinin 1,5 milyon nəfərindən çoxuna yeni nəsil şəxsiyyət vəsiqəsi verilib, onların 1 milyon nəfərdən çoxu seçicidir.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib

O bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqəsində ünvan və verilmə tarixi yoxdur: “Biz bütün məntəqələri yeni şəxsiyyət vəsiqələrini çip oxuyan qurğu ilə təmin etmişik. Yəni, 118 dairə üzrə 5049 məntəqə çip oxuyan cihazla təmin olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR