Ötən il Azərbaycandan Gürcüstana 15 mln. dollardan çox pul köçürülüb

Ötən il Azərbaycandan Gürcüstana 15 mln. dollardan çox pul köçürülüb
# 15 yanvar 2018 14:40 (UTC +04:00)

2017-ci ildə Azərbaycandan Gürcüstana 15,643 mln. dollar köçürülüb.

APA-nın Gürcüstan bürosu ölkənin Milli Bankına istinadən xəbər verir ki, bu məbləğ 2016-cı illə müqayisədə 6% çoxdur.

Ötən il Gürcüstandan Azərbaycana isə 9,809 mln. dollar köçürülüb.

2017-ci ildə Gürcüstana xarici ölkələrdən pul köçürmələrinin ümumi həcmi 1 mlrd. 379,462 mln. dollar təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 19,8% çoxdur.

Gürcüstana ötən il ən çox pul köçürmələri 455,283 mln. dollar olmaqla Rusiyadan daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR