Sona Əliyeva: “Prezident seçkilərinin favoriti YAP-ın namizədi cənab İlham Əliyevdir”

Sona Əliyeva: “Prezident seçkilərinin favoriti YAP-ın namizədi cənab İlham Əliyevdir”
# 29 mart 2018 13:54 (UTC +04:00)

“Ölkəmizdə azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün imkanlar mövcuddur. Bu baxımdan, növbəti prezident seçkilərinin nəticələri də xalqın iradəsini ifadə edəcək”. APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var. Onun sözlərinə görə, mövcud Seçki Məcəlləsi ilə ölkəmizdə demokratik seçkilər keçirmək mümkündür: “Hazırda seçki kampaniyasının təşviqat mərhələsindəyik. Hər bir namizəd bu prosesdə qanunauyğun şəkildə iştirak edir. Seçki kampaniyasını çoxsaylı yerli və beynəlxalq müşahidəçilər izləyir. Hesab edirəm ki, ölkə vətəndaşları aprelin 11-də keçiriləcək prezident seçkilərində yüksək fəallıqla iştirak edəcək. Bu seçkilər Azərbaycanda növbəti dəfə demokratiyanın təntənəsi olacaq. Prezident seçkilərinin favoriti Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir”.

S.Əliyevanın fikrincə, bu faktor ciddi əsaslara söykənir: “Pezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim inkişaf edib. Ölkəmiz hazırda regionun lider dövlətidir və beynəlxalq aləmdə də mövqeyi xeyli güclənib. Eləcə də, daxili siyasət məsələlərində də hər bir sahədə nailiyyətlər qazanılır. Həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşması, demokratik idarəçilik mexanizmlərinin tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı və digər amillər inkişaf edən müasir Azərbaycanın reallıqlarına çevrilib. Məhz belə möhtəşəm uğurlara görə, Azərbaycan vətəndaşları 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR