Borca görə Göygöldə vergi ödəyicisinə məxsus torpaq sahəsi hərraca çıxarılıb

Borca görə Göygöldə vergi ödəyicisinə məxsus torpaq sahəsi hərraca çıxarılıb
# 25 iyul 2018 07:18 (UTC +04:00)

Vergilər Nazirliyi vergi borcuna görə vergi ödəyicisinin Göygöl rayonunda yerləşən torpaq sahəsini hərraca çıxarıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergi ödəyicisi Səyyar Nəbiyevə məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,12 ha torpaq sahəsinə 700 manat qiymət qoyulub.

Bu əmlak ikinci dəfə hərraca çıxarıldığından qiyməti 10% aşağı salınaraq 560 manata təklif edilir. Hərracda iştirak etmək istəyənlər əmlaka görə müvafiq olaraq 56 manat beh verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR