İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən 30-dan çox əcnəbi saxlanılıb

İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən 30-dan çox əcnəbi saxlanılıb
# 23 sentyabr 2017 21:44 (UTC +04:00)

İstanbul polisi İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 36 nəfəri saxlayıb.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, saxlanılanların 31 nəfərinin əcnəbi olduğu bildirilir, onların milli mənsubiyyəti açıqlanmır.

Məlumata görə, antiterror əməliyyatı çərçivəsində İstanbulda15 binada axtarış aparılıb. Saxlanılanlardan bir neçəsi Suriya və İraqda İŞİD sıralarında döyüşməkdə şübhəli bilinirlər. Qruplaşmaya aid xeyli sayda sənəd və elektron avadanlıq ələ keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR